Erl 38 nəfəri öldürdü MEKSİKADA

Erl 38 nəfəri öldürdü MEKSİKADA

Meksikada baş verən torpaq sürüşməsi nəticəsində 38 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə BBC News məlumat yayıb. Sürüşmə Erl tropik qasırğası nəticəsində baş verib. Ən çox insan Puebl ştatında həlak olub ki, onların sayı 28-dir. Həyatlarını itirən 10 nəfər isə Verakurs ştatının sakinləridir. Puebl ştatında həlak olanların hamısı Uauçinaqo şəhərimdə yaşayıblar. Onların evləri palçıq və qaya kütlələri altında qalıb.

Bundan bir neçə gün öncə isə Erl qasırğası Haiti və Dominikan respublikasında 10 nəfər insanın ölümünə səbəb olmuşdu.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə