Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda keçirilən mitinqdə sensasiyalı açıqlamalarla çıxış edib. "Anadolu" agentliyinin yaydığı xəbərdə deyilir ki, Türkiyə lideri öz çıxışında "Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm" deyə bəyan edib:
"Bugünkü tədbirdə siyasi partiyaların rəhbərləri də iştirak edir. Bu ölkədə hakimiyyət qeyd-şərtsiz xalqa məxsusdur. Xalq isə ölüm hökmünün tətbiqinin tərəfdarıdır. Məsələyə Türkiyə Böyük Millət Məclisi baxmalıdır. Əgər parlament bu tələbi dəstəkləsə, bundan sonra atılacaq addım bəllidir. O zaman mən ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm. Xalq öz sözünü deyib. Güman edirəm ki, siyasi partiyaların qərarı da müvafiq olacaq", deyə Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB