Şok iddia: Gülən tərəfdarları Türkiyəyə ciddi kiber-hücum edəcəklər

Şok iddia: Gülən tərəfdarları Türkiyəyə ciddi kiber-hücum edəcəklər

Fətullah Gülənin ən yaxın adamlarından sayılan, lakin 2005-ci ildə təşkilatdan uzaqlaşan Nurəddin Veren 15 iyul dövlət çevrilişə cəhdlə bağlı sensassiyalı açıqlama verib.

Məsələ burasındadır ki, "CNN Türk"ə danışan Nurəddin 5 ay öncə Türkiyə Milli İstihbarat Təşkilatına (MİT) 200 imamın adını verdiyini və çevriliş olacağı xəbərdarlığı etdiyini deyib: "Mən 5 ay əvvəl MİT rəhbərliyinə içində 200 "imam"ın adının olduğu siyahını təqdim etdim və çevriliş olacağı barədə hazırlıq getdiyini dedim. Hətta çevriliş gecəsi Akıncı hava bazasında olan, həbs edilməsinə baxmayaraq, 20 dəqiqə sərbəst buraxılan Sakarya Universitetinin İlahiyyat fakültəsinin müəllimi Adil Öksüzü və onun başçılarının da adını verdim. Öksüz çevriliş əmrlərini Pensilvanyadan iki gün öncə almışdı. MİT bu anlatdıqlarımdan sonra nə etdi, bilmirəm. 2014-cü ildə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb, hər şeyi danışdım. Fikrimcə, bu işləri ciddi qəbul edən yeganə şəxs odur. Polis və prokurorluq bu işdə heç nə etmədi.

***

55 saatlıq danışıqları qeydə aldım, sənədləri, adları polisə verdim. Bir gün mənə zəng edib idarəyə dəvət etdilər. "Bir şəkli təsdiq etməlisiniz, gələ bilməyəcəksinizsə, biz şəkli göndərə bilərik", dedilər. Göndərdikləri şəkil Fətullah Gülənə aid idi. Üstəlik, yeni şəkil idi. "Bu Güləndir?" soruşdular. Belə iş görərlər?

***

Nuri Gündoğan ələvi imamdır. Ankara Böyükşəhər bələdiyyəsində çalışırdı. İndi həbs edilib-edilmədiyini, qaçıb-qaçmadığını bilmirəm, ancaq mütləq araşdırılmalıdır.

***

Hazırda ordunun 85%-i Gülən camaatının süzgəcindən keçənlərdir. Bunu 2005-ci ildə demişəm. Orduda imamlar var. Onlar deşifrə olunduqca, yerinə başqa "imam" gəlir. Gülən təşkilatı Tvitter, Feysbuk, Əpl kimi dünya nəhəngi olan şirkətlərə belə öz adamlarını yerləşdirib.

NASA-da belə Gülən camaatının üzvləri var. Malayziyadakı liseylərdə yetişdirilən beş nəfər 1993-cü ildə Dünya Kompüter Çempionatına qoşuldu və birinci oldu. Bu adamlar sonradan NASA-da işlə təmin olundu.

***

Gülən camaatı dünyada xeyli təşkilata sızıb. Yəni Türkiyəyə ciddi kiber-hücum edə biləcək gücdədirlər, indidən xəbərdarlıq edirəm. Fətullahçıların sonrakı hücumu bankları, dövlət qurumlarını əhatə edəcək.

***

Gülən uşaqları belə döyərdi: bir gün FEM dərsxanaları müdiri gecikmişdi. Gülən əsəbləşdi və onun ayaqlarını bağladı. Mən də orada idim, hətta bu işdə ona kömək də etdim. Gülən əlindəki taxta parçası ilə 7-8 dəfə vurdu. Bir dənə də qoluna vurdu, qol sümüyü çatladı".

Bütün xəbərlər Facebook səhifəmizdə