Avqustun 7-də İstanbulun Yeniqapı meydanında baş tutacaq "Demokratiya və Şəhidlər" mitinqində iştirak edəcəyəm. Axar.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu jurnalistlərə açıqlamasında deyib.
"Bu, ölkəmizin birliyinə qəsd edənlərə veriləcək ən yaxşı cavabdır. 7 avqustda Yeniqapı meydanında olacağam. Qiyamları yox etməyin yeganə yolu cümhuriyyətin qurucu dəyərlərini diriltməkdir. Birliyimizi təmin edən bu dəyərlər Yeniqapıda hayqırılmalıdır. CHP hər zaman xalqın səsini dinləyib. Yeniqapıda ölkəmizin gələcəyi üçün cümhuriyyətimizi və demokratiyamızı müdafiə edəcəyəm", - Kılıçdaroğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB