Lavrovla Kerri Suriyada zəhərli qaz məsələsini müzakirə ediblər

Lavrovla Kerri Suriyada zəhərli qaz məsələsini müzakirə ediblər

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerri arasında telefon danışığı zamanı əsasən Suriya məsələsi müzakirtə olunub. Rusiya XİN-in yaydığı məlumatda deyilir ki, tərəflər arasındakı telefon əlaqəsi rəsmi Vaşinqtonun müraciəti nəticəsində həyata keçirilib.

Məlumata görə, Kerrinin Moskvaya 14-15 iyulda səfəri zamanı əldə olunan razılaşmalar BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı atacağı addımlar söhbətin başlıca mövzusu olub. Qeyd edək ki, müzakirə zamanı Lavrov Suriyada radikal qruplaşmaların zəhərli qazlardan istifadə edərək xeyli dinc sakin öldürdüyünü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə