Turçinov Donbasla bağlı müharibə xəbərdarlığı etdi!

Turçinov  Donbasla bağlı müharibə xəbərdarlığı etdi!

Ukraynada siyasi gərginlik artır. Rəsmi Kiyev artıq sərt bəyanatlar verməyə başlayıb. Belə ki, Ukrayna Müdafiə və Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Turçinov qeyd edib ki, Donbasda vəziyyət pisləşsə, Ukraynada səfərbərlik elan edəcəyik. Onun sözlərinə görə, Rusiya getdikcə Krımdakı hərbi mövcudluğunu artırır: "Rusiya güclü vasitələrdən istifadə edir. Onlar Cankoyedə yeni zenit-raket kompleksləri yerləşdiriblər. Yeni bazalar yaradılır".

Bütün xəbərlər Facebook səhifəmizdə