Hindistanın şimal-şərqindəki Assam ştatının Kokracxar şəhərində terrorçuların bazarı atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 15 insan yaralanıb. Bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb. Polis əməkdaşları ilə atışma nəticəsində bir terrorçu məhv edilib. Hadisə yerində Kalaşnikov tipli avtomat tapılıb.
Yerli hökumət orqanları güman edir ki, hadisənin arxasında "Bolenda" separatçı qruplaşması durur.
Cinayətkarların axtarışı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB