Pekinin hüquq işçisi Çjou Şifen 7 il həbs cəzası alıb. O, dövlət çevrilişinə cəhd etməkdə ittiham olunur. SİA xəbər verir ki, bu barədə Çinin "Sina" informasiya portalı məlumat yayıb. Qərar Tynantszin şəhərinin (Şimali Çin) İkinci məhkəməsi tərəfindən verilib. Çjou Şifen bununla yanaşı, 5 il siyasi fəaliyyət göstərmək hüququndan da məhrum edilib. Mühakim onun barəsində çıxarılan hökmə apellyasiya şikayəti verməyəcəyini bildirib.
Xatırladaq ki, şərşənbə axşamı eyni məhkəmə siyasi fəal və hüquqşünas Çjay Yanmin barəsində 3 illik həbs qətimkan tədbiri seçib. Yanminin Şifenlə əlaqəsinin olması da sübuta yetirilib.
Qeyd edək ki, həbs olunmuş hüquqşünas Pekində fəaliyyət göstərən "Fengrui" hüquq şirkətinə rəhbərlik edib. Bu şirkət əsas olaraq dissidentlərin hüquqlarının müdafiəsi ilə məşğul olub. Sonuncu dəfə adıçəkilən şirkət dissident həyatı yaşayan tanınmış rəssam Ay Veyveyin hüquqlarını müdafiə edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB