Venesuelanın daxili işlər və ədliyyə naziri vəzifəsinə ABŞ-da narkotrafik cinayətlərinə görə ittiham edilən Nestor Reverol təyin olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, onu bu vəzifəyə ölkə prezidenti Nikolas Maduro təyin edib. Ötən gün paytaxt Karakasda ənənəvi həftəlik televiziya çıxışında danışan Maduro bildirib ki, bu qərarı verməyinə səbəb generalın bu işlərdə peşəkar olmasıdır: "Mən elan edirəm ki, general-mayor Nestar Reverolu daxili işlər və ədliyyə naziri təyin etmişəm. Ona görə ki, o gecə və gündüz, 24 saat gözlərini yummadan ölkənin təhlükəsizliyini təmin etsin".
Prezident ABŞ-ın Reverolu narkoticarətə dəstək verməsi ittihamlarını rədd edərək bildirib ki, əksinə, o ötən müddətdə bir çox uğurlara nail olub.
"Reverol beynəlxalq narkotik kontrabandaçıların həbsində rekorda imza atıb", - deyə qeyd edən Maduro onu da bildirib ki, ABŞ məhz bu uğurlara görə generaldan intiqam almağa cəhd göstərir.
Venesuela lideri amerikalıların bu addımını ədalətsiz hücum və ipmerializmçilik adlandıraraq, Nestar Reverola və ailəsinə dəstək verəcəyini də vurğulayıb.
Qeyd edək ki, Reverol Venesuelanın mərhum prezidenti Uqo Şavesin zamanında da daxili işlər naziri vəzifəsini daşıyıb, eləcə də milli antinarkotik idarəsinə rəhbərlik edib.
Nyru-York məhkəməsi isə onu narkotrafikçilik ittihamını irəli sürüb. Amerika prokurorluğu inandırmağa çalışıb ki, 2008-2010-cu illər ərzində general narkodilerlərdən kokainin ABŞ ərazisinə keçməsi üçün rüşvət alıb.
Məhz bu ittihamları rədd edən Venesuela prezidenti deyib ki, narkomafiya Venesuelada deyil, ABŞ-dan idarə olunur. O, vurğulayıb ki, Reverol nəninki narkotik ticarətçilərinə, eləcə də qanunsuz şəkildə hərbiləşdirilmiş "paramilitares" qruplaşmalarına qarşı da ciddi mübarizə aparacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB