Hindistanın Mumbay şəhəri ilə ölkənin qərbində yerləşən Qoa əyalətini birləşdirən körpü uçub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə zamanı körpünün üstündə olan iki sərnişin avtobusu çaya düşüb.
Yerli polis məmuru Sanjay Patil 22 nəfərin itkin düşdüyünü, lakin xilasedicilərin hələlik heç kimi tapmadıqlarını bildirib. Ərazidə yağan şiddətli yağış xilasedicilərin işini çətinləşdirib. Əhali ərazidəki digər körpüdən istifadə etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB