Türkiyənin Baş naziri Binəli Yıldırım CNN telekanalının canlı yayımında müsahibəsi zamanı bir sıra məsələlər barədə mühüm açıqlamalarla çıxış edib. Baş nazir bildirib ki, Milli İstihbarat Təşkilatının (MİT) Prezident Administrasiyasına birləşdirilməsi gündəmdədir:
"Kəşfiyyat, polis, MİT onsuz da FETÖ və digər terror təşkilatları ilə bağlı monitorinq keçirir. Bir mayor önəmli məlumat üçün MİT-ə gəlmək istəyir. Vaxtından tez gəlir, saat 15:00-da qəbula düşür. Qəbul zamanı "Mən izindəydim, məni geri çağırdılar, dedilər ki, 19:00-da hazır ol. Vəzifən helikopterlə gedib MİT-i bombalamaq, Hakan Fidanı gətirməkdir" - deyə bildirir. Gələn yoldaşın söhbətinin təfərrüatını bilmirəm. MİT sədrinin dediklərini deyirəm. Bundan sonra Baş Qərargah rəisi Hakan bəyi çağırır. Saat 20:00-a qədər bir yerdə olurlar və həmin vaxt Baş Qərargah rəisi sağa-sola təlimatlar verir. Sonrası məlumdur. MİT sədrindən soruşdum ki, necə olur ki, baş nazirin, prezidentin xəbəri yoxdur. Baş Qərargahın məlumatı ola bilər, ancaq siz nazirliyə bağlısınız. Buna cavab verə bilmədi", - Yıldırım qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB