Boliviyada 7,5 ton kokain müsadirə edildi

Boliviyada 7,5 ton kokain müsadirə edildi

Boliviyanın hüquq-mühafizə orqanları Çili ilə sərhəddə 7,5 ton kokain müsadirə edib. TASS agentliyi xəbər verir ki, bu barədə Boliviyanın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə xüsusi bölməsinin rəhbəri Santyaqo Delqadilyo açıqlama ilə çıxış edib. "Müsadirə olunan narkotik maddələrin qiyməti 379 milyon dollar təşkil edir. Əməliyyat hazırlıq 10 ay ərzində aparılıb, 3 nəfər həbs edilib", deyə S. Delqadilyo bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Boliviyada 20,6 ton, cari ilin əvvəlindən isə 22,5 ton kokain müsadirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə