Əfqanıstanda oteldə partlayış törədilib

Əfqanıstanda oteldə partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə xaricilərin qaldığı otelə hücum təşkil edilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, terrorçular əvvəlcə Hamid Karzai Beynəlxalq Hava Limanı yaxınlığında xaricilərin qaldığı "North Gate" otelinin girişində partlayış törədiblər.

Partlayışdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Hadisədə ölən ya da yaralananların olub-olmadığı hələki bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə