Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton növbəti dəfə Vladimir Putini hədəfə alıb. Belə ki, o Rusiya kəşfiyyatını onun seçki kampaniyasına olunan kiber hücumları təşkil etməkdə ittiham edib. Xanım Klinton Donald Trampın buna görə Rusiya Prezidenti Vladimir Putinə dəstək olduğunu deyib: "Biz bilirik ki, elektron məktubların yayımlanmasını məhz rus kəşfiyyatı təşkil edib. Buna görə də Tramp Putinə dəstək olmaq üçün əlindən gələni edir".
Qeyd edək ki, "Vikiliks"in əlində Demokratlar Partiyasının Milli Komitəsinin əməkdaşlarının elektron məktublarının olması xəbəri dünya gündəmində böyük rezonans doğurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB