Yaponiya tarixində bir ilk: Qadın qubernator seçildi

Yaponiya tarixində bir ilk: Qadın qubernator seçildi

Yaponiya tarixində bir ilk yaşanıb. "Euronews" telekanalı xəbər verir ki, Tokioda keçirilən seçkilərdə tarixi hadisə yaşanıb. Belə ki, bu ölkənin tarixində ilk dəfə olaraq qadın qubernator seçilib. Məsələ burasındadır ki, seçkilərdə qələbəni hakim liberal-demokratik partiyasından olan Yuriko Koike qazanıb. O, qələbə münasibəti ilə etdiyi çıxışda onu dəstəkləyənlərə öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə