Tula Patron Zavodunun ərazisində yanğın baş verib. SIA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, gecə yarısına yaxın zavodun ərazisində baş verən yanğın binanın yardımçı tikilisində başlayıb. Alovun söndürülməsinə 11 yanğınsöndürən maşın cəlb edilib. Yanğın 20 dəqiqəyə söndürülüb. İlkin məlumata görə, xəsarət alan yoxdur. Müəssisənin texnoloji prosesi pozulmayıb. Hadisənin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB