İrəvanda müxalifətin nümayişi dağıdılıb

İrəvanda müxalifətin nümayişi dağıdılıb

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları post-patrul xidməti alayı binasının yaxınlığına cəmləşmiş müxalifətin nümayişçilərini dağıdıblar. "İnterfaks" agentliyi xəbər verir ki, əməliyyat zamanı təxminən 50 nəfər, o cümlədən "İrs" müxalifət partiyası sədrinin müavini Armen Martirosyan saxlanılıb. "Azadlıq" radiosunun erməni xidmətinin jurnalistləri döyülüblər.

Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib ki, hadisələr zamanı təxminən 30 nəfər xəsarət alıb, yaralıların dəqiq sayı müəyyən deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə