PKK terrorçularının hücumu nəticəsində 5 əsgər şəhid olub

PKK terrorçularının hücumu nəticəsində 5 əsgər şəhid olub

Türkiyənin Hakkari vilayətində PKK terrorçularının yolda yoxlama aparan təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 5 əsgər şəhid olub, 8 nəfər yaralanıb. Anadolu Agentliyi xəbər verir ki, terrorçular əsgərlərə iriçaplı silahlardan atəş açıblar.

Yaralı əsgərlər xəstəxanalara aparılıb. Əraziyə çoxlu sayda zirehli texnika göndərilib. Bölgədə havadan dəstək olmaqla əməliyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə