Putinin sevgilisi iclasda ağladı

Putinin sevgilisi iclasda ağladı

Rusiya Prezidenti Vladimir Putinin 2016 Rio Olimpiyadasına qatılacaq idmançılarla görüşü zamanı maraqlı anlar yaşanıb. Axar.az xəbər verir ki, Kremldə baş tutan görüşdə çıxış edən Putin rus atletlər ilə bağlı dopinq qalmaqalı nəticəsində xeyli idmançının yarışdan kənarda qaldığını deyib. Onun sözlərinə görə, qərarın qəbulunda siyasi faktorlar və ikili standartlar əsas rol oynayıb. Tədbirdə çıxış edən məşhur atlet, mətbuatda tez-tez V.Putinin sevgilisi kimi adı hallanan Yelena İsinbayeva verilən qərarın ədalətsiz olduğunu deyərək ağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə