Hillari Klinton rəsmən Ağ Ev uğrunda mübarizəyə başladı

Hillari Klinton rəsmən Ağ Ev uğrunda mübarizəyə başladı

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib. Artıq xanım Klinton rəsmi namizəd kimi prezident postu uğrunda yarışmaya qatılacaq. TASS xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı partiyanın Filadelfiyadakı (Pensilvaniya ştatı) ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub. Beləliklə, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə olaraq sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb. Klintonun seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında verməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə