Lavrov Kerri ilə yenidən görüşəcək

Lavrov Kerri ilə yenidən görüşəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri növbəti dəfə görüşəcəklər. İki ölkə rəsmilərinin növbəti görüşü Laosda baş tutacaq.

Lavrov və Kerri Asiya-Sakit Okean Əməkdaşlıq Birliyinin sammitində bir araya gələcəklər.

Rusiya XİN rəhbəri ilə ABŞ dövlət katibinin görüşündə əsas müzakirə mövzusunun Suriyada yaranmış son vəziyyət olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə