Tansu Çillər Fətullah Gülənlə əlaqəsindən danışdı

Tansu Çillər Fətullah Gülənlə əlaqəsindən danışdı

Qardas Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra, ölkə mətbuatında kimlərin Fətullah Gülən şəbəkəsi ilə əlaqəli olub-olmadığı ciddi müzakirə predmetinə çevrilib. Türk mətbuatı həmçinin Türkiyənin sabiq baş naziri Tansu Çillərin Fətullah Gülənlə əlaqəsi barədə də yazılar dərc etməyə başlayıb. Sabiq baş nazir isə verdiyi bəyanatda Fətullah Gülənlə əlaqəsi olmadığını açıqlayıb. Xanım siyasətçi yazılı açıqlamasında son günlər mətbuatda yayılan xəbərlərin əsassız olduğunu deyib:

"Son günlərdə bəzi mətbuat orqanlarında baş nazir olduğum dövrdə Gülən camaatının dövlət içində yayılmasına göz yumduğum anlamına gələn məlumatlar yayılıb. Baş nazir vəzifəsində çalışdığım dövrdə paralel dövlətə heç bir şəkildə isti münasibət olmayıb. Bu çərçivədə Gülən camaatına yaxın bəzi müdavimlərin qorunması məqsədi ilə baş qərargah rəisindən nəsə istəməyimlə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir. Ayrıca, Ali Hərbi Şura toplantılarında verilən qərarlara tərəfimdən hər hansı bir şərh verilməyib".

Xatırladaq ki, Türkiyə mətbuatında 1993-1996-cı illərdə baş nazir olan Tansu Çillərin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilib. Xanım siyasətçinin Gülən camaatına yaxın "Bank Asiya" və digər tədbirlərdə iştirakı müəyyən şübhələrə yol açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə