Almaniyada növbəti hücum

Bu gün Almaniyanın Roytlingen şəhərində (Baden-Vürtemberq federal əyaləti) maçete ilə silahlanmış cinayətkar bir qadını qətlə yetirib. Şəhərin internet portalında verilmiş məlumatda deyilir ki, mərkəzi avtobus vağzalında öldürülmüş qadınla sığınacaq almaq istəyən 21 yaşlı suriyalı qaçqın arasında mübahisə düşüb.

Polisin hadisəyə tez müdaxilə etməsi sayəsində cinayətkar bir neçə dəqiqə sonra hadisə yerinin yaxınlığında tutulub. Amma hadisə yerindən qaçarkən daha bir qadını və kişini yaralaya bilib.

Məlumatda deyilir: "Tutulan adam daha əvvəl də hüquq mühafizə orqanlarının diqqətini cəlb edib". Şəhərin hakimiyyət orqanlarının məlumatına görə, söhbət təkbaşına hərəkət edən cinayətkardan gedir. Odur ki, əhalisinin sayı yüz mindən çox olan şəhər sakinləri üçün heç bir təhlükə yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə