Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı ilə görüşəcək. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq. Görüş zamanı Ərdoğan hər üç liderə 15 iyul hadisələrində tutduqları mövqeyə görə təşəkkür edəcək.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən çevrilişə cəhd olub. Çevrilişin qarşısı alınarkən 246 mülki həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB