Liberman: İran İsrail üçün əsas təhdiddir

Liberman: İran İsrail üçün əsas təhdiddir

İsrailin Müdafiə naziri Aviqdor Liberman yenə İran barədə danışıb. Belə ki, İsrail parlamentində çıxışı zamanı müdafiə naziri bildirib ki, İran İsrail üçün əsas təhdiddir. Onun sözlərinə görə, İsrail əleyhinə fəaliyyət göstərən bütün düşmənlərə cavab verilməsi gərəkdir: "Dünyanın heç bir ölkəsi İran qədər təhlükəli deyil. İran təhlükə baxımından Hizbullah, Əl Qaidə, Həmas və İŞİD-i belə üstələyir. İran hələ də özünün raketlərlə bağlı fəaliyyətini davam etdirir. Siz Tehranın hədəfinin nə olduğunu bilmirsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə