Rusiya “S-300” zenit-raket komplekslərinin ikinci partiyasını İrana göndərəcək

Rusiya  “S-300” zenit-raket komplekslərinin ikinci partiyasını İrana göndərəcək

Rusiya və İran arasında "S-300" zenit-raket komplekslərinin tədarükü ilə bağlı yeni məlumat yayılıb. "TASS"-ın verdiyi xəbərə görə, cari ilin sonunadək "S-300" zenit-raket komplekslərinin ikinci partiyasının İrana tədarükünü yekunlaşdırmaq niyyətindədir. Bu barədə "Rostex" korporasiyasının baş direktoru Sergey Çemezov bildirib. Onun sözlərinə görə, "S-300" komplekslərinin İrana tədarükü plana uyğun həyata keçirilir. Qeyd edək ki, "S-300" zenit-raket komplekslərinin birinci partiyasının İrana tədarükünə bu ilin aprelindən etibarən başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə