Yaponiyanın "Softbank" şirkəti mərkəzi ofisi İngiltərədə yerləşən çip dizayn edən və istehsalını reallaşdıran "ARM Holdings"i təxminən 32 milyard dollara almağa hazırlaşır.
"Euronews.com" xəbər verir ki, "Softbank"ın rəhbər idarəçisi Masayoşi Son mobil, geyilə bilən cihazlar və obyektlərin internetində istifadə edilən 90 faiz prosessorun arxitektura dizaynını həyata keçirən "ARM" şirkətinin gələcək texnologiyalar baxımından çox əhəmiyyətli olduğunu deyib.
Mütəxəssislər alğı-satqı əməliyyatının Birləşmiş Krallığın Avropa İttifaqında çıxmaq qərarı aldıqdan sonra reallaşmasına diqqət çəkirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB