Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN International"a verdiyi müsahibədə bir sıra vacib açıqlamalarla çıxış edib. Bir neçə gün bundan əvvəl hərbi çevriliş cəhdi ilə üz-üzə qalan Türkiyə lideri, edam qərarə ilə bağlı məsələni gündəmə gətirib. Türkiyə Prezidenti, parlamentin çevriliş iştirakçıları ilə bağlı edam cəzası çıxardığı halda, bu qərarla razılaşacağını bildirib: "Məclis qərar çıxarsa, altına imza ataram".
Qeyd edək ki, bu Ərdoğanın 15 iyul çevriliş cəhdindən sonra verdiyi ilk müsahibə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB