Rusiya vətəndaşlarını Moskvaya gətirmək üçün Türkiyəyə təyyarə göndərir
Hava yolları şirkətlərimiz Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi üçün Türkiyəyə təyyarələr göndərəcək. Bu açıqlama ilə Rusiya Federal Aviasiya Agentliyinin sədr müavini Sergey İzvolski çıxış edib. "Buradakı şirkətlər Türkiyəyə boş təyyarələr göndərəcək. Rusiya vətəndaşları həmin təyyarələr vasitəsilə ölkəyə qayıda bilərlər. Reyslərin tarixini nümayəndəliklərimizdən öyrənə bilərsiniz. Hazırda Türkiyəyə yalnız "Rossiya", "Aeroflot" və "THY" şirkətlərinə məxsus təyyarələr uçur", - İzvolski deyib.
Qeyd edək ki, Türkiyədə çevrilişə cəhd zamanı bütün aviareyslərin hərəkəti dayandırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB