Türkiyədə hərbi çevrilişə cəhd- Ərdoğan: Heç kim xalqın seçdiyi hökuməti devirə bilməz! (yenilənib)

Türkiyədə hərbi çevrilişə cəhd- Ərdoğan: Heç kim xalqın seçdiyi hökuməti devirə bilməz! (yenilənib)

Türkiyə Prezidenti T. Ərdoğan İstanbula dönüb və dərhal açıqlama verib. O, baş verən hadisəni paralel dövlətin törətdiyini iddia edib və bunu vətənə xəyanət kimi qiymətləndirib. Prezident deyib ki, biz bu yola başımızı qoyduq. Türkiyə əvvəlki Türkiyə deyil. Kimsə çevriliş yolu ilə xalqın seçdiyi hökuməti devirə bilməz. Ərdoğan deyib ki, bunu edənlər ən ağır şəkildə cəzalanacaqdır.

Ərdoğan sensasion açıqlama verib. O, deyib ki, Marmarisdə, tətildə imiş. Oradan çıxar-çıxmaz, həmin yeri bombalayıblar. Ərdoğan deyib ki, prezident olaraq, özünün baş katibini və Baş qərargah rəisini girov götürüblər. O, bütün əsgərlərə səslənib, sizlər bizim övladımızsınız, deyib. Xalqa silah doğrultmayın, sizə bu silahı millətiniz verib. Bu yanlışdan tez dönün. Yoxsa bədəlini ödəyəcəksiniz.

Ərdoğan deyib ki, bu hadisədən istifadə edib, ordunu təmizləyəcəyik. "Bu əməliyyata başladıq, bunu tamamən bitirəcəyik". Ərdoğan deyib ki, proses Pensilvaniyadan idarə olunur. Silahlı Qüvvələrin içərisində bunlar bir azınlıq. Bizlər vəzifəmizin başındayıq, bizi xalq seçib, deyib, Ərdoğan. Sonu yaxşı olacaq, deyib, Ərdoğan. O, deyib ki, hökumət iş başındadır və Türkiyəni işğalçılara təslim etməyəcəyik.

*** (05:57)

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın xalqı küçəyə çağırıb, demokratiyanı, dövləti müdafiə etməyə dəvət etməsindən sonra, vətəndaşlar Atatürk Havalimanındakı tankların üzərinə yürüyərək, etiraz ediblər. Əsgər, etirazların ardından hava limanından çəkilməyə başlayıb.

*** (03:09)

Türkiyədəki hərbi çevriliş cəhdini fiaskoya uğramış hesab etmək olar. Çünki türk xalqı bu çevrilişə qarşı çıxıb. Belə ki, paytaxt Ankaranın "Qızıl Aypara" meydanında vətəndaşlar tankların üzərinə yeriyiblər. Türkiyə mətbuatı xalqın demokratiyaya sahib çıxdığını yazır. Ölkənin bir çox bölgəsində xalqın küçələrə axışdığı bildirilib. Türkiyənin Ərzurum, Malatya, Trabzon, Rizə, Bayburt, Bolu, Sakarya, Adana və Konya kimi şəhərlərində xalq ordunun hərbi çevrilişinə qarşı etirazlara qalxıb.

***

Türkiyənin "Sabah" qəzeti xəbər verir ki, artıq çevrilişə cəhd edən bəzi əsgərlər polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri nəzarətin ordunun əlinə keçdiyini açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayıma bağlanaraq, xalqı meydanlara çıxmağa səsləyib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk vasitəsi ilə canlı yayında çıxış edib. Yayın imkanları məhdud olduğundan, telefon vasitəsi ilə görüntülü danışan Ərdoğan bəyan edib ki, bu, TSK içindən kiçik bir qrupun təşəbbüsüdür, onlar sərt cəzalandırlılacaq. "Onlar bunun bədəlini ödəyəcək". Ərdoğan deyib ki, bu xunta paralel yapı adlandırılan qurumun təhriki ilə hərəkətə keçib. Ərdoğan xalqı meydanlara, hava limanlarına səsləyib. O, deyib ki, özü də Ankaraya hərəkət edir. Ərdoğan deyib ki, qoy bu kiçik xunta xalqın gücünün nə demək olduğunu bilsin.

Lakin Ərdoğan Türk Silahlı Qüvvələrinin komutanı Hülusi Akarın taleyi ilə bağlı bilgili olmadığını söyləyib.

Görüntülərdən məlum olan bu oldu ki, Ərdoğan hazırda gizli durumdadır və fəaliyyətini bəyan edilməyən məkandan həyata keçirir. O da məlum olur ki, hazırda Türkiyədə hökumətin fəaliyyəti iflic olub və bütün nazirlər gizli fəaliyyətə keçib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan baş verənləri dövlət çevrilişi elan edərək, bütün xalqı meydanlara səsləyib. Ərdoğan bildirib ki, meydanı üsyançılara buraxmayacaq. O, bu işi görən hər kəsin ciddi cəzalandırılacağını elan edib.

***

Türkiyənin dövlət kanalı olan TRT hərbçilər tərəfindən zəbt edilib. Hazırda dövlət kanalında Türkiyə Silahlı Qüvvələrinin adından Prezident Rəcəb Tayyip Ərdoğan əleyhinə mətn oxunur.

***

Qardaş Türkiyədə gərgin anlar yaşanır. Türkiyədə dövlət çevrilişinə cəhd təşəbbüsləri haqda xəbərlər yayılıb. Hazırda Türkiyə televiziyaları bu barədə canlı yayın verməkdədir. Oradan da görünür ki, Ankara küçələrində tanklar küçələrə çıxıb, helikopterlər havaya qaldırılıb. Türkiyənin Baş naziri Binali Yıldırım televiziyalara açıqlama verib və deyib ki, bu, bir hərbi üsyandır. Bir qrup əskəri qrup özbaşına təşəbbüs göstəriblər. İstanbulda 2 körpü jandarma qüvvələri tərəfindən bağlanılıb. Yerli mətbuat xəbər verir ki, İstanbulun Boğaziçi körpüsü və Fateh Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən istiqaməti jandarm əməkdaşları tərəfindən bağlanılıb. Reuters agentliyinin məlumatına görə, paytaxt Ankarada silah səsləri eşidilib. Ankara səmalarında helikopterlər uçur. Türkiyə baş naziri Binəli Yıldırım ölkədə çevrilişə cəhd olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com