Merkeldən Özilə dəstək bəyanatı

Merkeldən Özilə dəstək bəyanatı

Almaniyanın Federal Kansleri Angela Merkel, Almaniya milli komandasının oyunçusu Mesut Özili müdafiə edib. Belə ki, kansler A.Merkel "SAT 1" televiziyasına verdiyi müsahibədə Ümrə ziyarəti zamanı paylaşdığı fotolarla radikal sağçıların hədəfinə tuş gələn futbolçuya sahib çıxıb. O çıxışında Almaniyada dini azadlıqların olduğunu vurğulayıb. Hər kəsin öz dinini yaşamaq haqqı olduğunu bəyan edən Merkel, hər bir futbolçunun milli komandaya bərabər şəkildə aid olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə