Fransada yanğın təxribat, yoxsa...

3 min turist təxliyyə edilib
Fransada yanğın təxribat, yoxsa...

Fransanın cənub-şərqində Pireney dağlarında yanğın baş verib. Alovun söndürülməsinə cəlb edilən yanğınsöndürənlərdən biri ölüb, digər üç nəfər yaralanıb. Bu bölgədə istirahət düşərgələrində olan 3 minə yaxın turist yanğın səbəbi ilə təxliyyə edilib. Əsən güclü şimal küləyi nəticəsində Toreydə iki istirahət düşərgəsində 7 çadır və 22 kotec tamamilə yanıb.

Qeyd edək ki, Fransada hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən bəzi regionlarda ölkənin milli bayramı münasibətilə planlaşdırılan atəşfəşanlıq ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə