Daima qalmaqallı bəyanatları ilə seçilən Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili, bu dəfə oğurlanmış "Cip" markalı avtomobili ilə gündəmə gəlib. Ukrayna mətbuatı yazır ki, gürcü qubernatorun iyulun ilk həftəsində qaçırılan "Cip"i Kiyevdə tapılıb. Ukrayna mediası yazır ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Avtomobilin tapılması haqda xəbəri Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Anton Qeraşenko da təsdiqləyib.
"Bəli, maşın artıq tapılıb. O, uydurma bir dayanacaqda saxlanılmışdı. Oğruların belə texnologiyası var: maşının patrulun axtaracağını bildiklərindən onu sakit küçədə bir yerdə saxlayırlar. Ehtirasların gərginliyi azalan zaman onu aparırlar", - o, deyib.
Maşın artıq sahibinə qaytarılıb. Məlum olub ki, "Cip"dən həm Saakaşvili özü, həm də qardaşı David istifadə edir. Bundan əvvəl Ukrayna KİV-də yazılıb ki, avtomobil Saakaşvilinin mühafizəçisinin işlədiyi "Varta" mühafizə firmasınındır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB