10 əsgər və 5 kənd qoruyucusu yaralanıb

10 əsgər və 5 kənd qoruyucusu yaralanıb

Türkiyənin Van vilayətinin Erciş mahalında jandarma məntəqəsi yaxınlığında bomba ilə dolu avtomobil partladılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində bir əsgər və bir kənd qoruyucusu həlak olub, 10 əsgər və 5 kənd qoruyucusu yaralanıb. Əraziyə çoxlu sayda tibbi yardım briqadası göndərilib.

Terror aktının PKK təşkilatı tərəfindən törədildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə