"Yaşıl kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən iyunda 827 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
SİA İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu müqavilələrdən 783-ü Türkiyə və İrana, 37-si "Yaşıl kart" sisteminə daxil olan bütün ölkələrə, 7-si isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Bu müddətdə beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 63 min 676 manat təşkil edib.
"Yaşıl kart" üzrə bağlanılan müqavilələrin 703-ü minik, 62-si yük, 52-si qoşqu, 8-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB