Məkkədə izdiham yaşandı 18 nəfər yaralandı

Məkkədə izdiham yaşandı 18 nəfər yaralandı

Qədr gecəsi Məkkədə izdiham yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, izdiham nəticəsində yaralananlar var. Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin sözçüsü Həmid əl-Maliki açıqlamasında bildirib ki, Qədr gecəsi səbəbindən Məkkədyə olan insan axını Kəbə yaxınlığnda sıxlıq yaradıb. Onun sözlərinə görə, izdiham nəticəsində yaralanan və boğulma təhlükəsi yaşayan 18 nəfər ilkin tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti yaxşıdır.

Səhyyə Nazirliyi insan axınını nəzərə alaraq bölgəyə daha 8 qrupdan ibarət həkim briqadası göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə