İspaniyanın "Barselona" klubunun hücumçusu Neymar, katalon klubu ilə olan müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, yeni sözləşməyə əsasən braziliyalı futbolçu 2021-ci ilə qədər Kataloniya təmsilçisinin şərəfini qoruyacaq. Artıq 24 yaşlı futbolçunun təzminat qiyməti də müəyyənləşib. Neymarı transfer etmək istəyən klub ilk ildə 200, ikinci ildə 222, üçüncü ildə isə 250 milyon avro ödəməli olacaq. Qeyd edək ki, "Real" və PSJ-nin maraq dairəsində olan Neymarın Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB