Londonun keçmiş meri Baş nazir olmaqdan imtina etdi

Londonun keçmiş meri Baş nazir olmaqdan imtina etdi

Londonun keçmiş meri Boris Conson Böyük Britaniyanın Mühafizəkar Partiyasının lideri və hökumət başçısı postları uğrunda mübarizə aparmaqdan imtina edib. SİA Euronews telekanalına istinadla xəbər verir ki, özünün uzun sürən çıxışından sonra o, gözlənilmədən Devid Kemeronun istefasından sonra hökumətə başqasının başçılıq etməli olduğunu bildirib. Boris Conson namizədlərdən kimi dəstəkləyəcəyi barədə bir söz deməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə