Böyük Britaniyada keçirilən referendumda ölkənin Avropa İttifaqından çıxmasının tərəfdarları qalib gəliblər. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, referendumda səs verən avroskeptiklərin sayı 16,7 milyonluq baryeri keçib. Səsvermənin nəticələri tam elan olunmasa da bu göstərici Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasını deməyə əsas verir. Çünki demək olar artıq bütün dairələr nəticələri elan edib və avrointeqrasiya tərəfdarlarının qalib gəlməsi real deyil.
Artıq bütün səslər sayılıb və nəticələr budur:
17 410 742 seçici çıxmağı seçib
16 141 241 seçici qalmağı seçib

Cameron Baş nazir qalacaqmı?
Mühafizəkarlar partiyasından Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün kampaniya aparan 84 millət vəkili David Camerona məktub yazaraq onu Baş nazir vəzifəsində qalmağa çağırıb. Cameron Krallığın Aİ-də qalması üçün kampaniya aparırdı və onun bu vəzifədə qalıb-qalmayacağı barədə suallar yaranıb.
Aİ referendumunun ehtimal olunan nəticələrinə görə funtun məzənnəsi kəskin şəkildə enib. Səhər saatlarında funtun məzənnəsi $1.3305-dək düşüb, bu isə 1985-ci ildən bəri ən açağı göstəricidir. Nəticələr daxil olmazdan əvvəl funtun məzənnəsi $1.50 idi.
09:51-ə olan nəticələr:
İngiltərə: Çıxmaq
Şimali İrlandiya: Qalmaq
Şotlandiya: Qalmaq
Uels: Çıxmaq
Leyboristlər partiyasının sabiq Avropa Naziri Keith Vaz BBC-ə deyib ki, Britaniya xalqı "emosiyaları" ilə səs verib və Aİ-dən çıxmağın iqtisadi təsirindən ehtiyat edən ekspertlərin məsləhətlərinə qulaq asmayıb.
Britaniyanın Müstəqillik Partiyasının (UKIP) lideri Nigel Farage artıq 20 ildir bu ölkənin Avropa İttifaqından çıxması üçün kampaniya aparıb. Onun fikrincə bu, "sadə adamların, yaxşı adamların qələbəsidir". O deyir ki, 23 iyun "tarixə bizim müstəqillik günümüz kimi düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB