İranda avtobusun qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 19 nəfərə qədər yüksəlib. Polisin verdiyi məlumata əsasən, avtobusdakı sərnişinlərinin hamısı hərbçilər olub. Avtobus Sircan – Neyriz trasında hərəkət edərkən yoldan çıxaraq aşıb. İnsident nəticəsində 16 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.
Yol hərəkətinə nəzarət üzrə informasiya mərkəzinin başçısı Nadir Rahmaninin sözlərinə görə, ekspertlər qəzanın səbəblərindən biri kimi sürücünün yorğun olduğunu və sükan arxasında yata biləcəyini nəzərdən keçirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB