Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünün gələcək aqibəti barədə keçiriləcək referendum ərəfəsində ölkə əhalisi kütləvi şəkildə xarici valyuta alır. Bu barədə fəaliyyətinin əsas sahələri arasında valyutadəyişmə xidmətinin yer aldığı "Post Office" milli poçt xidməti məlumat yayıb. Kompaniyanın məlumatına əsasən, istirahət günlərindən sonra valyuta satışının həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 74 faiz artıb. Avroya və ABŞ dollarına artan tələbat "Post Office"nin həm yerli filiallarında, həm də internetdəki valyutadəyişmə servisində müşahidə olunur.
Bir qədər əvvəl dünya iqtisadçıları referendumun nəticəsinə əsasən Böyük Britaniyanın Avropa İttifaqından çıxacağı təqdirdə funt-sterlinqin məzənnəsinin kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında bundan sonrakı aqibəti barədə referendum iyunun 23-də keçirilməlidir. Bu, Birləşmiş Krallığın tarixi ərzində 3-cü ümummilli plebisitdir. 1975-ci ildə britaniyalılar ölkələrinin Avropa İqtisadi Cəmiyyətindəki üzvlüyünü dəstəkləmiş, 2011-ci ildə isə milli seçki sistemindəki dəyişiklikləri rədd etmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB