İstanbulda partlayış olub yaralanan var

İstanbulda partlayış olub yaralanan var

Bu gün Türkiyənin İstanbul şəhərindən partlayış olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərin Bəyoğlu adlanan hissəsində beşmərtəbəli binada baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Yaralanan şəxs yaxınlıqda dayanan taksi şoferidir.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürən briqadaları gəlib. Binanın sakinləri təxliyə edilib.

Partlayışın təfərrüatları hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə