Kraliça II Elizabetin “rəsmi” 90 illiyi qeyd olunur

Kraliça II Elizabetin “rəsmi” 90 illiyi qeyd olunur

Böyük Britaniyada kraliça II Elizabetin 90 illiyi şərəfinə təntənəli mərasimlər başlayıb. Kraliça aprelin 21-də anadan olsa da, onun rəsmi ad günü ənənəyə uyğun olaraq iyun ayında qeyd edilir. Rusiyanın NTV telekanalı xəbər verir ki, təntənəli mərasimlər II Elizabetin tort kəsməsi və əsas siqnal alovunu yandırması ilə başlayıb. Axşam isə kraliça ailəsi Kembric hersoqu və hersoginyası, şahzadə Harri və bir neçə monarxiya üzvü ilə şam süfrəsi arxasında əyləşib.

Böyük Britaniyada kraliçanın ad gününə həsr olunan şənliklər bir neçə gün çəkir. Bu dəfə festival və təntənəli mərasimlər həftə sonuna qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə