Ağ Evdən Türkiyəyə dəstək gəldi

Ağ Evdən Türkiyəyə dəstək gəldi

Ağ Ev İstanbulda gerçəkləşən və 11 insanın ölümünə səbəb olan terror hücumunu qınayıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evin Beynəlxalq Təhlükəsizlik Şurasının sözçü müavini Mark Stroh terror hadisəsi ilə əlaqədar verdiyi açıqlamada ABŞ-ın İstanbulun turistik ərazisində polisi hədəf alan terrora qarşı ən sərt şəkildə etiraz etdiyini bildirib: "Bu qorxunc hərəkət Türkiyəyə qarşı gerçəkləşdirilən sonuncu terror hücumudur. ABŞ və bölgədə bir çox çətinlikdə birlikdə mübarizə apardığımız NATO müttəfiqi və dəyərli ortağı Türkiyənin yanındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə