"Türkiyə Almaniya Parlamentinin qərarı qarşısında susmayacaq, onun əleyhinə atılacaq addımlar müzakirə olunacaq". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ölkənin xarici işlər naziri Mevlüt Çavuşoğlu yerli televiziyalardan birində çıxışı zamanı deyib.
O, Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə ilə bağlı verilən sualı cavablandırıb: "Türkiyə bu qərarın qarşılığında susub kənarda dayana bilməz. Ölkə olaraq, ilk atdığımız addım səfiri geri çağırmaq oldu. Hazırda da Almaniyaya qarşı atılacaq addımlar müzakirə olunur. Hesab edirəm ki, Almaniya hökuməti Bundestaq tərəfindən qəbul edilən qərarla razılaşmadıqlarını bildirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB