Sərnişin və yük qatarı toqquşdu

Sərnişin və yük qatarı toqquşdu

Belçikada sərnişin və yük qatarının toqquşması nəticəsində 3 nəfər həlak olub, 40 nəfər yaralanıb. Euronews telekanalı xəbər verir ki, insident iyunun 5-də axşam saatlarında Ermal-Su-Yui şəhərində qeydə alınıb.

Belçika dəmiryol xətlərinin operatoru – "İnfrabel" kompaniyasının mətbuat xidmətinin nümayəndəsi qatarların eyni yol ilə hərəkət etdiyini və sərnişin qatarının yük qatarının arxa hissəsinə çırpıldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə