Ermənistanda "köhnələr" vəzifə davasına çıxıb

Ermənistanda "köhnələr" vəzifə davasına çıxıb

"90-cı illərdə hakimiyyətdə olan Ermənistan hökumətinin Ümummilli Hərəkatın üzvləri istisna olmaqla, başqa partiya nümayəndələrini vəzifəyə təyin etməməsi həqiqətə uyğun deyil". SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bunu Levon Ter-Petrosyanın hakimiyyəti illərində vəzifədə olan Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Parlamentdə çıxışında deyib.

O, Ermənistan Respublikaçılar Partiyasının keçmiş və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin indiki sədri Arman Saakyanın "90-cı illərdə Ümummilli Hərəkat öz üzvlərindən başqa heç kimin vəzifəyə keçməsinə imkan vermirdi" fikrinə cavab verib: "Sizə xatırladım ki, o illərdə Özəlləşdirmə Komissiyasının sədri məhz Respublikaçılar Partiyasının nümayəndəsi olan Pavel Qaltahçyan idi. Bütün qərarları komissiya verirdi, baş nazir isə onun qərarlarına imza atırdı".

Bütün xəbərlər Facebook səhifəmizdə