ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp hesab edir ki, Demokratlar Partiyasından olan rəqibi Hillari Klinton həbs olunmalıdır. SİA-nın "The Hill" qəzetinə istinadən verdiyi xəbərə görə, Tramp Klintonun onun haqqında söylədiyi mənfi fikirlərə cavab verib. O, Hillari Klintonun vaxtilə qalmaqala səbəb olan gizli yazışmalarını xatırladıb: "Hillari Klintonun Obamanın İranla bağladığı nüvə razılaşmasını niyə dəstəklədiyini bilirsiz? Çünki o, vaxtilə yazdığı gizli məktub səbəbindən həbsə düşmək istəmir. İndiki hakimiyyətin onun namizədliyini irəli sürməsinə icazə verməsi ABŞ üçün rəzalətdir".
Qeyd edək ki, söhbət Klintonun 2009-2013-cü illərdə öz şəxsi serveri vasitəsilə apardığı rəsmi və gizli məktublaşmalardan gedir. Ekspertlərin fikrincə, bununla o, yazışmalarını hökumət nəzarətindən və yoxlamalardan məxfi saxlamağa çalışıb. Halbuki, bu, dövlət qulluqçularına qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB