"Rusiya İranı hücum məqsədli hərbi sursatla təmin etməyəcək". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu fikri hərbi texnika istehsal edən "Rosteks" korporasiyasının direktoru Sergey Çemezov "Kommersant" qəzetinə verdiyi müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, İran Rusiyadan T-90 tanklarından və Su-30SM qırıcı təyyarələrindən almağa çalışır: "Lakin bu, Tehrana qarşı tədbiq edilən sanksiyalara əsasən qadağan olunub. Rusiya İrana sanksiya üzrə icazə verilən digər hərbi stexnikaları satmağa hazırdır. Biz heç vaxt beynəlxalq danışıqların şərtlərini pozmamışıq. İndi də şərtlərə uyğun davranmağa çalışacayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB