Boşanan qadınlar 100 gün sonra yenidən nigaha girəcək

Boşanan qadınlar 100 gün sonra yenidən nigaha girəcək

Yaponiya Parlamentinin Yuxarı Palatasında 1898-ci ildə qüvvəyə minən qanuna dəyişiklik olunması ilə bağlı qərar qəbul edilib. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qanunla qadınların boşandıqdan sonra altı ay ərzində yenidən nigaha girməsi qadağan olunurdu. Məqsəd yarana biləcək atalıq hüququ problemlərinin qarşısını almaq idi.

Artıq yeni dəyişikliyə əsasən, qadınlar hamilə olmaması ilə bağlı həkimdən arayış gətirdiyi halda, 100 gündən sonra yenidən nigah bağlaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə